• Bakı C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

İrəvanda 4 uşağı olanlar nəqliyyatdan pulsuz istifadə edəcək - Paşinyan

DÜNYA

13 Fevral 2025 | 15:17

İrəvanda 4 uşağı olanlar nəqliyyatdan pulsuz istifadə edəcək - Paşinyan

“Əslində mən ictimai nəqliyyatda pulsuz gedə bilərmişəm, amma bunu bilmirdim və dünən avtobusa minərkən yolpulunu ödədim, bilet alanda da əbəs yerə də əziyyət çəkdim”.

Bakıvaxtı.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan fevralın 13-də Ermənistan hökumətinin iclasında bildirib.

O, zarafatla deyib ki, hətta dörd uşaq atası kimi güzəşt kartı üçün müraciət də edə bilər.

Paşinyan əmin edib ki, dörd uşağı olan şəxslər İrəvan ictimai nəqliyyatında pulsuz gedə edə bilərlər. Baş nazir izah edib ki, uşaqların böyük və kiçik olmasına fərq qoyulmadan paytaxt Ağsaqqallar Şurasının qərarı dörddən çox uşağı olan bütün vətəndaşlara şamil edilir.

"Əgər vətəndaşın dörd uşağı varsa, onlar üçün gediş pulsuzdur. Dünən oxudum ki, İrəvan meriyası belə bir qərar verib: uşaqların azyaşlı və ya böyük olmasının fərqi yoxdur”, - Paşinyan bildirib.


SON XƏBƏRLƏR