Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15 min manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15 min manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.