• Bakı 11° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Azərbaycanda qaymaq və xama istehsalı artıb

CƏMİYYƏT

28 Mart 2026 | 15:58

Azərbaycanda qaymaq və xama istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 664,9 ton qaymaq və xama istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 2,8 % azalaraq 8 min 436,9 tona çatıb.

Martın 1-nə respublikada 1,2 ton qaymaq və xama, 41,7 ton isə pendir və kəsmik ehtiyatı yaranıb ki, bu da, illik müqayisədə müvafiq olaraq 12 dəfə çox və 2,9 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.


SON XƏBƏRLƏR

27 Mart 2026