Ukraynadan gətirilən “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan preparata baxış zamanı onda kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul edilmiş müvafiq qərar əsasında məhv edilib.
Bakı 




