q
  • Bakı 14° C

    16.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Pankreatit xəstəliyi niyə artır?

CƏMİYYƏT

27 Aprel 2026 | 15:02

Pankreatit xəstəliyi niyə artır?

Pankreatit - mədəaltı vəzinin iltihabı ilə müşayiət olunan və ciddi həzm problemlərinə yol aça bilən xəstəlik hesab olunur.

Bakıvaxtı.az bildirir ki, son vaxtlar pankreatitdən əziyyət çəkənlərin sayı artıb. Buna səbəb isə alkoqolizm, öd kisəsi və öd yollarının, mədə və bağırsağın xroniki xəstəliklərinin artmasıdır.

Pankreatitin iki növü var: Kəskin və xroniki pankreatit.

Kəskin pankreatit – iltihabi prosesi bir neçə gün ərzində inkişaf edir. Heç bir iz buraxmadan keçib gedir. Kəskin pankreatitin simptomlarına qarında ağrılar, qusma, qızdırma və ümumi narahatlıq halları daxildir. Kəskin pankreatitin əsas xəstəlikləri arasında öd daşı, alkoqol istifadəsi və bəzi dərmanlar ön plandadır.

Xroniki pankreatit – iltihab davamlı xarakter daşıyır. Xəstələrdə həzm pozğunluqları, çəki itkisi, daimi qarın ağrısı və yağlı nəcis müşahidə olunur. Nəzarətsiz xroniki pankreatit şəkərli diabet ilə nəticələnə bilər. Bu xəstəlik uzunmüddətli və sistemli müalicə tələb edir. Xroniki pankreatit zamanı düzgün qidalanma xəstəliyin idarə olunmasında əsas amillərdən biridir. Yağlı, qızardılmış, ədviyyatlı qidalardan uzaq durmaq və proteinlə zəngin, balanslı qida rasionuna üstünlük vermək tövsiyə edilir. Alkoqoldan və qazlı içkilərdən uzaq durmaq vacibdir. Bu zaman müalicə təsiri daha effektiv olacaq.

Bir sözlə, kəskin pankreatitdə simptomlar qəfil və ağır olur, xroniki pankreatitdə isə əlamətlər daha az şiddətlidir, lakin davamlıdır.

Pankreatit müalicəsində əsas məqsəd vəzidəki iltihabı aradan qaldırmaq, ağrını yüngülləşdirmək və həzm sisteminin normal fəaliyyətini bərpa etməkdir. Qan analizlərində ferment səviyyələrini artırmaq və görmə metodları ilə pankreatitin diaqnozu qoyulur. Əsas analizlər sırasına Pankreatik amilaza, Lipaza testi, qan testləri, MRT və ya ultrasəs müayinəsi daxildir.

Mədəaltı vəzinin funksiyasını dəstəkləmək üçün pankreatik fermentlər, iltihab əleyhinə dərmanlar və ağrıkəsicilər təyin olunur. Bəzi hallarda insulin terapiyası da tələb oluna bilər. Həmçinin stressin idarə olunması, fiziki aktivliyin artırılması və siqaretdən imtina xroniki pankreatitin ağırlaşmalarının qarşısını ala bilər. Xəstəliyin ağırlaşmış formalarında mədəaltı vəzisində əmələ gələn zədələri aradan qaldırmaq üçün cərrahi əməliyyatlar aparıla bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR