• Bakı 11° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

21 yaşlı qızla tutulan başqan kimdir? - FOTO

CƏMİYYƏT

28 Mart 2026 | 16:15

21 yaşlı qızla tutulan başqan kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Uşak şəhərinin bələdiyyə başqanı Özkan Yalım saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada, şübhəli tender əməliyyatlarında və başqa cinayətlərdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, polis bələdiyyə sədrini Ankaradakı hotellərdən birində həbs edib. Özkan Yalım saxlanılarkən Uşak bələdiyyəsinin informasiya şöbəsinin 21 yaşlı xanım əməkdaşı da onunla birlikdə olub.

Məlumat üçün bildirək ki, Özkan Yalım 1969-cu ildə Uşak şəhərində anadan olub. Orta təhsilini doğma şəhərdə alıb.

Özkan Yalım Türkiyənin siyasi dairələrində kifayət qədər tanınmış simadır. O, 26,27 və 28-ci cağırış Türkiyə Böyük Millət Məclisinin deputatı olub. 4 aprel 2024-cü ildə Uşak şəhərinin bələdiyyə başqanı seçilib. Müxalif Cümhuriyyət Xalq Partiyasının üzvüdür.

Özkan Yalım həm də tanınmış iş adamıdır. Onun bir neçə iri şirkətə sahib olduğu bildirilir.


SON XƏBƏRLƏR

27 Mart 2026