• Bakı 14° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Martines meydana nə vaxt qayıdır?

İDMAN

14 Yanvar 2025 | 16:50

Martines meydana nə vaxt qayıdır?

“Barselona”nın futbolçusu İniqo Martinesin durumuna aydınlıq gəlib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya klubunun mətbuat xidməti 33 yaşlı müdafiəçinin meydana qayıdacağı vaxtı açıqlayıb.

O, Superkubokun “Real”la final oyununun (5:2) 27-ci dəqiqəsində xəsarət aldığı üçün əvəzlənib. İniqo zədə səbəbindən 4 həftə buraxmalı olacaq.

Qeyd edək ki, Martines cari mövsümdə La Liqada 18 oyun keçirib.


SON XƏBƏRLƏR