• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan taekvondoçularından növbəti uğur

İDMAN

13 Fevral 2025 | 13:02

Azərbaycan taekvondoçularından növbəti uğur

Azərbaycan taekvondoçuları beynəlxalq uğur edib.

Bakıvaxtı.az bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat əldə edib.

Belə ki, Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) milli komandanın üzvləri Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.

Medala gedən yolda taekvondoçu Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR