• Bakı C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Salah Premyer Liqada daha bir rekorda imza atıb

İDMAN

13 Fevral 2025 | 09:02

Salah Premyer Liqada daha bir rekorda imza atıb

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının təxirə salınmış 15-ci turu çərçivəsində “Everton”la səfər matçında qol və məhsuldar ötürmə ilə yadda qalaraq turnirin 31 illik statistik nailiyyətini yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media portalı məlumat yayıb.

Belə ki, Salah İngiltərə Premyer Liqası tarixində bir mövsümün səfər oyunlarında “qol+ötürmə” sistemi üzrə 22 xal toplayan ilk futbolçu olub. Beləliklə, misirli futbolçunun 2024/2025 mövsümündə keçirdiyi 13 oyunda 13 qolu və doqquz məhsuldar ötürməsi var.

32 yaşlı ulduz misirli cinah hücumçusu “Nyukasl Yunayted”in heyətində çıxış etdiyi 1993/1994 mövsümündə “Arsenal”ın keçmiş hücumçusu Endi Kolun qurduğu rekordunu (21 xal) yeniləyib.

Cari mövsümdə Salah klub üçün bütün turnirlərdə 35 oyun keçirib və bu matçlarda 27 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, ötən gün “Qudison Park”dakı sonuncu Mersisayd derbisi dramatik sonla bitmişdi.


SON XƏBƏRLƏR