Sabah Bakıda start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" yarışı ərəfəsində turnirdə iştirak edəcək ölkələrin və iştirakçıların dəqiq sayı müəyyənləşib.
Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək yarışda 36 ölkədən 258 idmançı mübarizə aparacaq.
Kişilərin yarışında 166, qadınların mübarizəsində isə 92 idmançı tatami üzərinə çıxacaq.
Azərbaycan komandası ən böyük heyətə malikdir - turnirdə 32 cüdoçumuz qüvvəsini sınayacaq. Bu göstəriciyə görə Özbəkistan ikinci (21), Yaponiya üçüncüdür (19).