"Fənərbaxça"nın futbolçusu Oqnen Mimoviç "Zenit"ə keçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı sağ cinah müdafiəçisi yeni komandasına icarə əsasında çıxış edəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Oqnen Mimoviç bu mövsüm 19 matça çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib. Serbiya millisinin üzvü "Fənərbaxça"ya ötən ay "Srvena Zvezda"dan transfer olunub. İstanbul klubu onun üçün 6,7 milyon avro ödəyib və 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.