Kolumbiyalı velosipedçi Xuan David Kardenas vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Portos Windmob” komandası sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, o, məşq zamanı avtomobil qəzasına düşüb. Gənc velosipedçi aldığı xəsarətlərdən dünyasını dəyişib.
“Marca” nəşrinin məlumatına görə, faciə Kolumbiyada, Boyaka departamentində baş verib.
Xatırladaq ki, bu, son üç həftədə ikinci gənc velosipedçinin ölümüdür. Yanvarın 24-də 19 yaşlı italyan Sara Piffer məşq zamanı maşınla toqquşaraq dünyasını dəyişmişdi.