Livanda hökumətin yeni baş nazirinin adı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsinin livanlı sədri Navaf Salam hökuməti qurmaq səlahiyyətinə sahiblənib.
Bu proses Livanın yeni prezidenti Cozef Aoun tərəfindən keçirilən məcburi parlament məsləhətləşmələri nəticəsində baş verib.
Navaf Salam 128 deputatdan 85-nin dəstəyini qazanaraq Aunun prezidentliyi dövründə hökuməti quran ilk şəxs olub.
Müvəqqəti baş nazir Necib Mikati cəmi 9 səs toplayıb. Bundan əlavə, bəzi bloklar, o cümlədən "Hizbullah" deputatları baş nazirliyə namizəd irəli sürməkdən imtina ediblər.
Navaf Salamı həm Səudiyyə Ərəbistanı, həm də Qərb ölkələri dəstəkləyir.
Navaf Salamın baş nazirliyə namizədliyinin irəli sürülməsindən sonra insanlar Beyrut küçələrinə çıxaraq biunu atəşfəşanlıqla qeyd ediblər. "Associated Press" xəbər verir ki, livanlılar ümid edirlər ki, onun namizədliyi və general Cozef Aun keçən həftə prezident seçildikdən sonra xarici donorlar Livana milyardlarla dollar vəsait yatıracaqlar.
Livan Konstitusiyasına əsasən, baş nazir postuna namizədlərin irəli sürülməsi prosesi Beyrutun şərqindəki Prezident sarayında keçirilir.