• Bakı C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Artıq pis xatirələri silmək mümkündür

DÜNYA

14 Yanvar 2025 | 14:58

Artıq pis xatirələri silmək mümkündür

Pis xatirələri və travmatik geri dönüşləri silmək bir çox ruhi sağlamlıq problemini müalicə etməkdə əhəmiyyətli bir addım ola bilər.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, elm adamları bu mövzuda ümidverici bir yanaşmanı inkişaf etdirdilər. Belə ki, bu texnika vasitəsilə mənfi xatirələri zəiflətmək üçün müsbət xatirələri yenidən aktivləşdirmək mümkün olacaq.

Tədqiqatçılar bir neçə gün davam edən təcrübədə 37 iştirakçının mənfi görüntüləri təsadüfi sözlərlə əlaqələndirməsini istəyiblər. Sonra bu əlaqələrin yarısı müsbət görüntülərlə yenidən kodlanıb. Nəticədə, müsbət görüntülərlə bu xatirələr yenidən qurulub, mənfi xatirələrin yaddaşda zəiflədiyi və müsbət xatirələrin avtomatik olaraq zehində canlandığı görülüb.

Tədqiqatın iştirakçılarına ilk gecə mənfi görüntüləri anlamsız sözlərlə əlaqələndirmək öyrədilib, növbəti gün isə bu xatirələr müsbət görüntülərlə yenidən kodlanıb. Üçüncü gecə iştirakçıların yuxu fazasında bu əlaqələr daha da gücləndiriib. Beləliklə iştirakçılar müsbət xatirələrlə qarışdırılmış pis xatirələri daha az xatırlayıblar və daha müsbət bir emosional vəziyyətə gəldilər.

Araşdırmaçılar bu müdaxilənin travma və patoloji xatirələrin müalicəsi üçün yeni yanaşmalar təklif etdiyini bildirdilər. Proseslər hələ erkən mərhələdə olsa da, bu üsulun böyük potensiala sahib olduğu vurğulanır.

Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Yanvar 2025