• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Peskov: Putin və Tramp köməkçilərinə görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar

DÜNYA

13 Fevral 2025 | 14:17

Peskov: Putin və Tramp köməkçilərinə görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ötən gün baş tutmuş telefon danışığı zamanı köməkçilərinə onların görüşünün hazırlanmasına dərhal başlamağı tapşırmaqla bağlı razılığa gəliblər.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Dövlət başçıları dünən telefon danışığı zamanı həm şəxsi təmasların davam etdirilməsi və ayrıca görüşün təşkili, həm də köməkçilərə müvafiq hazırlığa başlamaları ilə bağlı dərhal tapşırıqların verilməsi barədə razılığa gəliblər ", - o qeyd edib.

D.Peskov, həmçinin bildirib ki, telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi qaldırılmayıb, bununla belə Moskva onları qanunsuz hesab edir.


SON XƏBƏRLƏR