Əfqanıstanın paytaxtı Kabil şəhərində Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze partlayış törədib, bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLO News” telekanalına nazirliyin nümayəndəsi Məhəmməd Kamal Əfqan məlumat verib.
O, partlayış faktını təsdiqləyib və qeyd edib ki, hadisə "terrorçunun darvaza qarşısında mühafizəçilər tərəfindən zərərsizləşdirilməsindən" sonra baş verib.
***
12:05
Əfqanıstanda terrorçu-kamikadze Kabildəki hökumət müəssisəsinin binası qarşısında partlayış törədib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qurbanlar barədə hələlik məlumat yoxdur.