• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Zelenski Trampla bu məsələləri müzakirə edib

DÜNYA

13 Fevral 2025 | 13:27

Zelenski Trampla bu məsələləri müzakirə edib

“Mənim Donald Trampa əhatəli söhbətim oldu. Sülhün əldə olunmasından, eləcə də birgə fəaliyyətə hazır olmağımızdan və pilotsuz uçuş aparatları və digər müasir texnologiyalar da daxil olmaqla, Ukraynanın texniki imkanlarından danışdıq. Mən Prezident Donald Trampa göstərdiyi marağa görə təşəkkür edirəm”.

Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

    O əlavə edib ki, ABŞ-nin maliyyə naziri Skott Bessent ilə apardığı müzakirələri, habelə iqtisadi əməkdaşlığa dair məsələləri də müzakirə edib:

    “Donald Tramp da Putinlə söhbətinin təfərrüatlarını mənimlə bölüşdü. Ukrayna qədər heç kim sülh istəyə bilməz. ABŞ Rusiyanın aqressiyasını dayandırmaq, habelə dayanıqlı və etibarlı sülhün təminatı üçün ilə birlikdə növbəti addımların atılmasına başlayırıq. Biz eyni zamanda gələcəkdə də təmasları davam etdirmək və qarşıdakı görüşlərimizi planlaşdırmaq barədə razılığa gəldik”.


    SON XƏBƏRLƏR