• Bakı C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Ötən il 4 685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

İQTİSADİYYAT

14 Yanvar 2025 | 16:25

Ötən il 4 685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına müvəkkil banklar 439,8 milyon manat məbləğində 4 685 ipoteka krediti verilib.

Bakıvaxtı.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bunun 357,7 milyon manat məbləğində 3 609-u adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1 076-sı isə güzəştli ipoteka krediti olub.

Ümumilikdə, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,3 milyard manatı keçib ki, bu da 52 530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb.

Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq, bir sıra banklar daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsini davam etdirib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil edib.

Azərbaycanda 2006-cı ildən ölkədə uzunmüddətli ipoteka kreditləşməsi həyata keçirilir.


SON XƏBƏRLƏR

14 Yanvar 2025