• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Qarabağ Dirçəliş Fonduna ianə etmiş şəxslərin sayı açıqlanıb

İQTİSADİYYAT

13 Fevral 2025 | 11:08

Qarabağ Dirçəliş Fonduna ianə etmiş şəxslərin sayı açıqlanıb

İndiyə qədər Qarabağ dirçəliş Fonduna 16 mindən çox hüquqi və fiziki şəxs ianə edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, ianə etmiş şəxslərin əksəriyyəti sahibkarlardır: "Bu da iş adamlarının sosial məsuliyyətinin göstəricisidir".

"Ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların əvəzsiz və çox böyük rolu var. Fürsətdən istifadə edərək bu platformadan sahibkarlarımıza təşəkkür edirəm. Onlar fəal təşəbbüslər göstərir və dövlətin dəstəyi fonunda fəaliyyətlərini korporativ sosial məsuliyyətə uyğun qurmağa çalışırlar", - deyə nazir əlavə edib.


SON XƏBƏRLƏR