• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Dövlət istiqrazlarının bir hissəsi vaxtından əvvəl geri alınacaq

İQTİSADİYYAT

13 Fevral 2025 | 12:45

Dövlət istiqrazlarının bir hissəsi vaxtından əvvəl geri alınacaq

Dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Nazirlik tərəfindən daxili maliyyə bazarında Bakı Fond Birjasının ticarət platforması vasitəsilə yerləşdirilmiş AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının Buraxılış Şərtlərinin 3.2-ci bəndinə əsasən 2025-ci il 25 fevral tarixində vaxtından əvvəl geri alınması üzrə Bakı Fond Birjasında hərracın keçirilməsi nəzərdə tutulur.

    Bununla əlaqədar sözügedən dövlət istiqrazlarının vaxtından əvvəl emitentə geri satılmasında maraqlı olan mülkiyyətçilərdən bu prossesin həyata keçirilməsi məqsədilə emitentin anderrayterinə və Bakı Fond Birjasına müraciət etmələri xahiş olunur.


    SON XƏBƏRLƏR