• Bakı 11° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

HP Dövlət Turizm Agentliyində yoxlamalara başladı

İQTİSADİYYAT

14 Mart 2025 | 17:37

HP Dövlət Turizm Agentliyində yoxlamalara başladı

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır.

Bakıvaxtı.az xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.


SON XƏBƏRLƏR