2024-cü ildə Azərbaycanda neçə nəfərə müvəqqəti və daimi yaşamaq, işləmək üçün icazə verilib?
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
Bakıvaxtı.az-ın Modern.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 3 016 nəfərə müvəqqəti, 71 505 nəfərə isə daimi yaşamaq üçün icazə verilib.
2 471 nəfərin isə müvəqqəti icazə müddəti uzadılıb. Eyni zamanda 10 868 nəfərə iş icazəsi verilib. Onlardan 1880 nəfəri bu icazəni işğaldan azad edilmiş ərazilərdə işləmək üçün alıb.
Qeyd edək ki, ötən il ölkə ərazisndə 71 nəfər xarici vətəndaş qaçqın statusunda yaşayıb.