"Rusiya Çin üçün ehtiyac duyduğu qədər neft tədarük etməyə hazırdır".
Bakıvaxtı.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Çinin ABŞ-dən neft tədarükünü dayandıracağı təqdirdə boşluğu Rusiya nefti ilə dolduracağı yönündə fikirlərə münasibətində bildirib.
“Biz Çin nə qədər istehlak edə biləcəksə, o qədər neft tədarük etməyə hazırıq,” – deyə Rudenko vurğulayıb.
Diplomatın sözlərinə görə, Pekin bu məsələdə ilk növbədə öz milli maraqlarını əsas götürərək qərar verəcək: “Əgər onlara neft idxalı lazım olsa, əlbəttə, bu addımı atacaqlar. Bu, artıq bizim Çinli dostlarımızın seçimidir”.
Çinin Baş Gömrük İdarəsinin son məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında Rusiyadan neft idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% azaldaraq 15,47 milyon tona enib. Eyni zamanda, bu dövrdə Rusiya neftinin dəyəri 17,5% azalaraq 8,36 milyard dollar təşkil edib.
Buna baxmayaraq, Rusiya Çinin ən iri neft tədarükçüsü mövqeyini qoruyub saxlayır. Siyahıda ikinci yerdə Səudiyyə Ərəbistanı (11,65 milyon ton), üçüncü yerdə isə İraq (10,3 milyon ton) qərarlaşıb.
2024-cü il ərzində Çinin ümumi neft idxalı 1,9% azalaraq 553,41 milyon tona enib.
Ekspertlər bildirirlər ki, ABŞ-dan Çinə neft idxalı son illərdə artım göstərsə də, Donald Tramp administrasiyasının gömrük rüsumlarını artırması bu tendensiyanı dəyişib. Əgər cari tarif siyasəti davam edərsə, yaxın aylarda ABŞ-dan Çinə xam neft tədarükü tamamilə dayanacaq. Çin hökumətinin tətbiq etdiyi 84%-lik gömrük rüsumları nəticəsində ABŞ xam neftinin qiyməti bir barelə görə təxminən 51 dollar artaraq Çin üçün iqtisadi baxımdan bu ticarət əlverişsiz olacaq.