• Bakı 12° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

İran ABŞ-nin yeni sanksiyalarını "qanunsuz" adlandırıb

İQTİSADİYYAT

14 Mart 2025 | 16:32

İran ABŞ-nin yeni sanksiyalarını qanunsuz adlandırıb

 İran ABŞ-nin neft naziri Möhsün Paknejada və ölkənin xammal ixracı ilə əlaqəli bir sıra qurumlara qarşı tətbiq etdiyi yeni sanksiyaları kəskin şəkildə pisləyib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

O, ABŞ-nin son addımını beynəlxalq hüququn pozulması və Vaşinqtonun ikiüzlülüyünün əlaməti adlandırıb.

"Son məhdudiyyətlər ABŞ rəsmilərinin danışıqlara qoşulmaq istəyi ilə bağlı təkrarlanan iddiaları ilə ziddiyyət təşkil edir. Əksinə Vaşinqtonun İranın inkişafı və iqtisadi tərəqqisinə qarşı düşmənçiliyini göstərir. ABŞ müstəqil dövlətlərə qarşı sanksiyalar tətbiq etməyə aludə olub. ABŞ-nin İranın digər ölkələrlə iqtisadi və ticarət mübadilələrini pozmağa yönəlmiş hərəkətləri azad ticarətin əsas prinsip və qaydalarının açıq şəkildə pozulmasıdır. Bu cür qeyri-qanuni hərəkətlərin nəticələrinə görə ABŞ administrasiyası məsuliyyət daşıyacaq", - deyə Bəqayi vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR