"2024-cü ildə işğaldan azad olunan ərazilərimizə dövlət büdcəsindən 5 milyard 347 milyon manat ayrılması və həmin torpaqlarımızda aparılan intensiv quruculuq işləri Azərbaycanın gücünü bir daha təsdiq edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
V. Bayramov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 10 mindən çoxdur. 2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə daimi məskunlaşanların sayı 10 min 270 ailəyə çatacaq:
"Bu o deməkdir, bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdacaq. 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin daimi məskunlaşacaq".
Mina Mikayılova