• Bakı C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Bu toxumlar səhhətinizi yaxşılaşdıracaq

CƏMİYYƏT

14 Yanvar 2025 | 17:50

Bu toxumlar səhhətinizi yaxşılaşdıracaq

Sağlamlıq üçün ən böyük vasitə apteklərdə satılan dərmanlar yox, xalq təbabətidir. Belə ki, təbiətin bizə bəxş etdiyi nemətlərdən düzgün istifadə edərək, həm sağlam qala, həm formada ola, həm də xəstəliklərdən xilas ola bilərik. 

Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, bu dəfə qədim zamanlardan bəri istifadə edilən vitamin və minerallar mənbəyi olan toxumlar haqda danışacağıq.

Sağlamlığa fayda verən toxumlar bunlardır:
Küncüd toxumu
Çətənə toxumu
Kətan toxumu
Balqabaq toxumu
Günəbaxan toxumu
Çia toxumu.

Bunlardan qədərində istifadə etmək immunitetinizi gücləndirəcək, sizi bəzi xəstəliklərdən qoruyacaq. Məsələn, 28 qram ağırlığında olan balqabaq toxumu gün ərzində lazım olan maqnezium ehtiyacının təxminən 40%-ni təmin edir. Ondan çox yox, cəmi bir ovuc yeməlisiniz. Balqabaq toxumlarında dəmir, mis, fosfor, manqan və sink var.

Çia toxumlarında çoxlu həll olunan lif var. Bu liflər bağırsaqda su ilə birləşərək jele əmələ gətirir. Bu gel xolesterolun udulmasını azaldır və öd turşularını bağırsaqdan çıxarır. Çia toxumu da ürək sağlamlığına müsbət təsir göstərir. Çia toxumu, gündə bir qaşıq istehlak edildikdə, damar tıkanıklığını aradan qaldırmağa kömək edir.

Kətan toxumu üyüdülmüş və ya toxum şəklində istifadə edilən bu ərzaq vitamin və mineral mənbəyi olmaqla yanaşı, proteyin, lif və omega-3 ilə zəngindir. Əgər vegeterian qidalanmanı üstün tutursunuzsa, kətan toxumu ilə omeqa-3 ehtiyacınızı tam şəkildə qarşılaya bilərsiniz. Bu toxum eyni zamanda liqnan qaynağıdır. Liqnan xərçəng riskini azaldan, antioksidant və estrogen xüsusiyyətlərə sahib birləşmədir.

Küncüd isə öskürək əleyhinə əla vasitədir. Ondan istifadə sizi boğaz ağrısından qoruyacaq. 


SON XƏBƏRLƏR

14 Yanvar 2025