• Bakı C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Ötən il 108 nəfərə mühafizə orderi verilib

CƏMİYYƏT

13 Fevral 2025 | 15:52

Ötən il 108 nəfərə mühafizə orderi verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumat komitənin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, ötən il qurumun "860 - Gender əsaslı zorakılıqla bağlı Dəstək xətti"nə 330 müraciət daxil olub.

Vurğulanıb ki, dəstək xəttinə edilən müraciətlərin sayı 2023-cü illə müqayisədə 9,1% artıb.

Komitənin müraciəti əsasında verilən mühafizə orderlərinin sayı 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub.

Beləliklə, 2023-cü illə müqayisədə Komitəyə daxil olan müraciətlər əsasında verilən qısamüddətli mühafizə orderlərinin sayı 30% artıb.

Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.


SON XƏBƏRLƏR