Sumqayıt şəhərinin bəzi hissələrində suyun verilişində fasilələr yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt Sukanal İdarəsindən verilən məlumata görə, Ceyranbatan qəsəbəsi ərazisində magistran d1000mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində suyun verilməsində fasilələr yaranıb.
Qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra saat 21:00-dan suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək.