• Bakı C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Azərbaycanda da qəlyan qadağan olunur? - AÇIQLAMA

CƏMİYYƏT

13 Fevral 2025 | 16:29

Azərbaycanda da qəlyan qadağan olunur? - AÇIQLAMA

Rusiyanın Dövlət Duması qəlyanları tamamilə qadağan etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Mühafizəsi Komitəsinin üzvü Biysultan Həmzəyev deyib.

Onun sözlərinə görə, Moskvanın istənilən, hətta ən gözəl, ən bahalı müəssisəsində qəlyanlardan yaxma götürülərək müayinəyə verilsə, ondan stafilokoklar, pseudomonas aeruginosa, vəba tapacaqlar. Təbii ki, bundan sonra qəlyanları dərhal qadağan etmək lazım gələcək.

Maraqlıdır, Azərbaycanda da qadağa tətbiq edilə bilərmi? Ümumiyyətlə, qəlyanın insan orqanizminə zərərləri nələrdir?

Həbib Sahratov, terapevt

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Həbib Sahratov bildirib ki, Rusiya Duması tərəfindən atılan bu addım ölkəmizdə də olmalı və istifadəsinin qadağan edilməsi ilə bağlı qərar verilməlidir. Onun sözlərinə görə, belə qərarların verilməsi insanlar arasında zərəli vərdişlərin yayılmasının qarşısını alar.

H.Sahratov qeyd edib ki, siqaret çəkən insanlar alternativ olaraq daha az zərərlidir deyə qəlyan çəkməyə meyilli olsalar da, siqaretin yan təsirləri qədər qəlyanın da yan təsirləri mövcuddur və bununla bağlı araşdırma göstəriciləri var:

“Qəlyan çəkən insanlarda ağciyər və tənəffüs sisteminin xəstəliklərinin, xroniki bronxit və ağciyər xərçənginin, ürək-qan-damar xəstəliklərinin, infeksiyaların yaranması, yayılması və çoxalması ehtimalı daha çoxdur”.

Həkim nəzərə çatdırıb ki, son zamanlar qadınlar arasında da siqaret və qəlyan çəkilməsi hallarının artması müşahidə olunur.

“Özəlliklə də qadınların qəlyandan istifadəsi riskli hamiləliklərə, yenidoğulmuşlarda bir sıra xəstəliklərə səbəb olur. Ona görə də düşünürəm ki, bizim ölkəmizdə də qəlyan istifadəsi qadağan edilməlidir”.

Razi Nurullayev, deputat

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Razı Nurullayev bildirib ki, qəlyanların qadağan olunması yox, hər bir bağlı nəfəsliyi olmayan məkanlarda istifadəsinin məhdudlaşdırılması lazımdır.

Qeyd edib ki, tütün məmulatları haqqında parlamentdə qanun qəbul olunub amma həmin qanunun həyata keçirilməsi mümkün olmayıb.

“Yenə də bağlı məkanlarda qəlyan, siqaret çəkilir. Qanun qulaqardına vurulur. Həmçinin bu qanunun həyata keçirilməsinə heç kim nəzarət etmək istəmir. Bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışam. Mən indi desəm ki, qəlyan tamamilə qadağan olunmalıdır, qəlyan çəkənlərin hamısı deyəcək ki, “Noldu, hər şey qadağan olundu. Hər şeyə limit qoyulur”. İnsanlara qəlyan çəkməyi qadağan etmək bir az anlaşılan olmaz”.

Qəlyanın tərkibi, zərərli olub-olmaması, keyfiyyətli məhsulların gətirilməsindən danışan deputat nəzərə çatdırıb ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi, İstehlak Bazarlarına Nəzarət Agentliyi var və onlar bu məsələdə müəyyən nəzarəti həyata keçirirlər. Ölkəmizə idxal olunan məhsullar nəzarət altındadır.

R.Nurullayevin sözlərinə görə, siqarlar, papiroslar, elektron siqaretlər satılır ki, bunlar insan orqanizmi üçün daha təhlükəlidir və sırf qəlyanın üzərində fokslanmaq doğru deyil. Qeyd edib ki, bununla bağlı hərhansı nizamlanma olacaqsa, bütün tütün məmulatlarına şamil olunacaq:

“Yeganə məhdudiyyət onların çəkilmə arenasının məhdudlaşdırılması ola bilər. Necə gəldi, hər küncdə bir qəlyan qoyub çəkməyə düzgün baxmıram. Həmçinin bir məkanda həm qəlyan çəkilib, həm də insanlar əyləşməsi də düzgün deyil. Çünki bəzi insanlar var ki, istifadə etmir. Amma məkanda biri çəkirsə, onun qoxusu yayılır və insanları narahat edir. Ona görə tütün məmulatları çəkilən məkanların məhdudlaşdırılması daha doğru olar”.

Mina Mikayılova


SON XƏBƏRLƏR