Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko Dmitri Pineviçi Azərbaycana yeni səfir təyin edib.
Bakıvaxtı.az-ın “Belta” agentliyinə istinadən məlumatına görə, Lukaşenko Pineviçin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına öz töhfəsini verə biləcəyinə əmin olduğunu vurğulayıb.
Belarus lideri bu xüsusda səfirə müraciətlə deyib: “Mənə gəldikdə isə sizin irəli sürəcəyiniz istənilən təklifi dəstəkləyəcəyəm”.
Bununla yanaşı, Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevin Belarus dövlətinin böyük dostu olduğunu, onunla və Ümummilli Lider Heydər Əliyevlə həmişə mehriban münasibətləri olduğunu vurğulayıb.