• Bakı 23° C

    2.67 m/s

Avstriya Prezidenti İlham Əliyevə başsağlığı verdi

SİYASƏT

14 Yanvar 2025 | 18:50 | Müəllif: Subhan Mahmudov

Avstriya Prezidenti İlham Əliyevə başsağlığı verdi

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026