Çinin Ticarət Nazirliyi Tayvana silah satdığına görə ABŞ-nin yeddi şirkətini etibarsız müəssisələr siyahısına əlavə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.
“Çinin kəskin etirazına baxmayaraq, yeddi Amerika şirkəti Tayvana silah satışında iştirak edib və belə desək, hərbi-texniki əməkdaşlığı davam etdirib və bununla da Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına ciddi ziyan vurub”, – nazirlikdən qeyd edilib.
Vurğulanıb ki, sanksiya siyahısına “Inter-Coastal Electronics”, “System Studies & Simulation”, “IronMountain Solutions”, “Applied Technologies Group”, “Axient”, “Anduril Industries” və “Maritime Tactical Systems” şirkətləri daxil edilib.