Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında bir gün əvvəl baş tutan telefon danışığı əvvəlcədən planlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinin "Telegram" kanalında yayımlanan müsahibəsində bildirib.
“Telefon zəngi saat 18:00-a təyin edilmişdi. Rusiya hökuməti ilə fevralın 12-nə planlaşdırılan və baş tutmayan tibbi müayinə məsələləri ilə bağlı görüş Rusiya liderinin iş qrafiki ilə əlaqədar təxirə salınıb. Həmin gün iş qrafiki elə quruldu ki, hökumət əslində söhbətə çox yaxınlaşmışdı. Ona görə də onun gələn həftəyə təxirə salınması barədə qərar qəbul edilib”, - deyə Peskov izah edib.