• Bakı 10° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

“HƏMAS” İsrailə yeni şərt qoyub

DÜNYA

15 Mart 2025 | 19:36

“HƏMAS” İsrailə yeni şərt qoyub

İsrail Qəzzada atəşkəsə əməl etsə, “HƏMAS” daha bir girovu azad edəcək və dörd nəfərin qalıqlarını qaytaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ABC News” Fələstin hərəkatının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, “HƏMAS” bu razılaşmaları müstəsna sövdələşmə hesab edir və atəşkəsin ikinci mərhələsi üzrə danışıqların bərpasında israrlıdır.

Bundan əlavə, İsrail Qəzzaya humanitar yardımların daxil olmasına əngəl törətməyi dayandırmalı və öz qoşunlarını zolağın Misirlə sərhədindəki Filadelfi dəhlizindən çıxarmalıdır. Hərəkat həmçinin fələstinli məhbusların azad edilməsini tələb edir.


SON XƏBƏRLƏR

15 Mart 2025