Türkiyədə 3 il əvvəl PKK-ya qarşı hərbi əməliyyatda şəhid olan hərbçinin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“2022-ci il iyulun 7-də “Pəncə-Kilid”əməliyyatı bölgəsində PKK terrorçularına qarşı əməliyyatda şəhid olan çavuş Nurəddin Tokyürekin meyiti aşkar edilib”, - məlumatda qeyd olunub.