• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Tarixi görüşdən sonra aeroportda belə yola salındı - VİDEO

DÜNYA

14 May 2025 | 16:07

Tarixi görüşdən sonra aeroportda belə yola salındı - VİDEO

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərini başa vurub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ liderini Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman yola salıb.

Tramp yanvar ayında dövlət başçısı postuna yenidən gəldikdən sonra ilk dövlət səfərini etdiyi Səudiyyə Ərəbistanından Qətərə yola düşüb.

ABŞ prezidentinin aeroportda Məhəmməd bin Salman tərəfindən yola salınmasını əks etdirən görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. Belə ki, tərəflər arasında səmimi sağollaşma jestləri diqqət çəkib.

Onu da xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa arasında görüş baş tutub. Ərdoğan Ər-Riyadda keçirilən bu görüşə telefon bağlantısı ilə qoşulub.


SON XƏBƏRLƏR