Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə yeni eskalasiya dalğası ilə əlaqədar hazırda telefon danışığı aparırlar.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius Berlində brifinq zamanı bildirib.
"Bu dəqiqələrdə "avroüçlüyün" - Fransa, Böyük Britaniya və Almaniyanın hökumət və dövlət başçıları bu məsələ (İsrail və İran arasında gərginliyin artması) ilə bağlı telefon danışığı aparırlar", - Kornelius qeyd edib.