Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin aprelin 12-də Sankt-Peterburqda ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşüb.
Peskov Peterburqda görüşdüklərini xatırladaraq bu cür görüşlərin faydalı və təsirli olduğunu vurğulayıb.
"Təmaslar zamanı müzakirə olunan məsələlər ciddidir. Ona görə də onlardan dərhal nəticə gözləmək düzgün deyil. İşlərimiz davam edir",- Peskov qeyd edib.
Əli Hüseynov