• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Yunanıstan Fransadan "Exocet" gəmi əleyhinə raketlər alacaq

DÜNYA

14 Aprel 2025 | 17:43

Yunanıstan Fransadan Exocet gəmi əleyhinə raketlər alacaq

Yunanıstan 16 ədəd Fransanın "Exocet" gəmi əleyhinə raketlərinin alınması üçün müqavilə imzalayıb.

Bakıvaxtı.az "AP"a istinadən xəbər verir ki, bu barədəYunanıstanın müdafiə naziri Nikos Dendias açıqlama verib.

O, açıqlamasında Yunanıstanın heç kəsi təhdid etmədiyini, ancaq özünün təhdid altında olduğunu vurğulayıb.

Qeyd edək ki, "Exocet" gəmi əleyhinə raket 1974-cü ildə Aerospatiale tərəfindən hazırlanıb. Bu raketlər 25-dən çox ölkənin donanması və hava qüvvələrinin xidmətindədir. Buraxılış yerüstü gəmilərdən, sualtı qayıqlardan, təyyarələrdən və helikopterlərdən həyata keçirilə bilər. Modifikasiyadan asılı olaraq atəş məsafəsi 40 ilə 180 km arasındadır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Aprel 2025