• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Bu ölkənin səfiri Rusiyadan sığınacaq istədi

DÜNYA

14 Aprel 2025 | 19:24

Bu ölkənin səfiri Rusiyadan sığınacaq istədi

Suriyanın Moskvadakı səfiri, 69 yaşlı Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bundan əvvəl diplomatın missiyasını başa vurduğu və Dəməşq administrasiyasında vəzifəyə təyin edildiyi bildirilmişdi.

Səfirliyin Teleqram kanalında yayımlanan mesajda deyilir: "Səfir Cəfəriyə yeni vəzifəsində, Dəməşqdəki mərkəzi administrasiyada uğurlar arzu edirik. Hər kəs sizi səbirsizliklə gözləyir, Suriyanın sizin diplomatik təcrübənizə ehtiyacı var".

Qeyd edək ki, Suriya Xarici İşlər Nazirliyi başlanmış kadr rotasiyası çərçivəsində bu ölkənin Rusiya və Səudiyyə Ərəbistanındakı səfirlərinin Dəməşqdəki mərkəzi ofisə köçürülməsinə qərar verib.

Əvvəllər Suriyanın xarici işlər nazirinin müavini və BMT-dəki daimi nümayəndəsi postunu tutan Bəşər Cəfəri 2022-ci ilin oktyabrından Rusiyadakı səfirliyə rəhbərlik edir. Suriyanın yeni hakimiyyət orqanlarının Cəfəriyə qarşı əsas şikayəti onun beynəlxalq platformalarda Bəşər Əsəd hökumətinin maraqlarını müdafiə etməsidir.


SON XƏBƏRLƏR

15 Aprel 2025