Kremldə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar haqqında fərmanın müddətini uzatması ilə əlaqədar bildiriblər ki, başqa bir qərar gözləməyə dəyməzdi.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.
"Başqa bir qərar gözləməyə dəyməzdəi, xüsusilə də bu, kifayət qədər avtomatik hərəkətlərdir. Biz, yəqin ki, münasibətlərin normallaşdırılması, faktiki olaraq yenidən qurulması yolunun başlanğıcındayıq. Buna görə də bu məsələ ilə bağlı heç bir şişirdilmiş gözləntilərimiz olmayıb", - o qeyd edib.
Bundan əlavə, D.Peskov bildirib ki, Rusiya tərəfinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə təmasları faydalıdır, çünki iki ölkənin liderlərinə mövqelərini bir-birinə çatdırmağa imkan verir, lakin bu əlaqələrdən dərhal nəticə gözləmək lazım deyil.