• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Orban Avropa İttifaqına 12 tələb irəli sürüb

DÜNYA

15 Mart 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Orban Avropa İttifaqına 12 tələb irəli sürüb

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) 12 tələb irəli sürüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, V.Orban “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, sadalanan bəndlərin yerinə yetirilməsini macar xalqı tələb edir.

Onun sözlərinə görə, Macarıstan Aİ liderlərinin birliyin ayrı-ayrı ölkələrinin səlahiyyətlərini məhdudlaşdırmaq və onları xüsusilə konsensusla qəbul edilməli olan ən vacib siyasi qərarlara veto qoymaq hüququndan məhrum etmək cəhdlərinə etiraz edir.

V.Orban həmçinin Aİ və bütün dünyada sol liberal ideyaları təşviq etmək üçün yaradılmış Corc Soros fondları tərəfindən suveren dövlətlərin işlərinə müdaxilənin yolverilməzliyinə diqqət çəkib. Bundan başqa, Macarıstan Aİ-dən Avropanın xristian irsini qorumağı tələb edir ki, bu da Asiya və Afrikanın müsəlman ölkələrindən qanunsuz miqrasiyaya qarşı mübarizə deməkdir.

Onun daha bir tələbi Avropada sülhə nail olmaq və Ukraynanı Avropa İttifaqına qəbul etməməkdir./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026