• Bakı 13° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Yutuber canlı yayım zamanı öldürüldü

DÜNYA

15 Mart 2025 | 18:37

Yutuber canlı yayım zamanı öldürüldü

Yaponiyanın paytaxtı Tokionun mərkəzində yutuber Ayri Sato canlı yayım zamanı bıçaqlanaraq, qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, polis hadisədən sonra bir nəfəri saxlayıb. Şahidlər və canlı yayımı izləyənlər hücum zamanı Satonun kömək çağırışını eşitdiklərini deyiblər.

Polis 42 yaşlı Kenci Takanonu həbs etdiklərini bildirib. Ayri Sato hadisə zamanı bədənin yuxarı hissəsindən aldığı ağır yaralarla xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, qız orada ölüb. Takano prokurorluğa təhvil verilib, lakin hələ də ittiham irəli sürülməyib.

Silahlara nəzarətin son dərəcə sərt olduğu Yaponiyada zorakı cinayətlərə nadir hallarda rast gəlinir. Lakin son illərdə bıçaq və əldəqayırma silahlarla bir neçə səs-küylü cinayətlər baş verib./lent.az


SON XƏBƏRLƏR