• Bakı C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Trampın məndən əvvəl Putinə zəng etməsi... - Zelenski

DÜNYA

13 Fevral 2025 | 19:38

Trampın məndən əvvəl Putinə zəng etməsi... - Zelenski

Ukrayna Kiyevin iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında aparılan ikitərəfli danışıqların heç bir nəticəsini qəbul etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən bunu tərəfdaşlarımıza çox açıq şəkildə bildirirəm. Bizsiz Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqları qəbul etməyəcəyik", - deyə o bildirib.

Zelenski əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışması onun üçün olduqca xoşagəlməz faktdır:

"Zəng zəngdir, mən hər şeyi başa düşürəm, lakin görüşlər bizim üçün prioritetdir: Ukrayna - Amerika".


SON XƏBƏRLƏR