• Bakı 13° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Hələb aeroportu fəaliyyətini bərpa edəcək

DÜNYA

15 Mart 2025 | 17:09

Hələb aeroportu fəaliyyətini bərpa edəcək

Hələb Beynəlxalq Hava Limanı martın 18-də fəaliyyətini bərpa edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, Hələb hava limanı bütün texniki və inzibati prosedurlar başa çatdıqdan sonra uçuşları qəbul etməyə hazırdır.

2024-cü il dekabrın 8-də Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya ilə beynəlxalq hava əlaqəsi yanvarın 7-də Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə bərpa edilib. Suriyaya ilk kommersiya uçuşu Dohadan həyata keçirilib.


SON XƏBƏRLƏR