• Bakı C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Çin Avstraliyaya xəbərdarlıq edib

DÜNYA

13 Fevral 2025 | 20:19

Çin Avstraliyaya xəbərdarlıq edib

Çin Avstraliyaya məxsus hərbi təyyarənin Çinin hava məkanına qəsdən müdaxiləsi ilə bağlı Avstraliyaya ciddi narazılığını bildirib.

Bakıvaxtı.az  “Sinhua”ya istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Ciakun bildirib.

O bəyan edib ki, Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Sişa adaları üzərində Çinin hava məkanına daxil olub və bu, Çinin suverenliyinin pozulması, ölkənin milli təhlükəsizliyinə təhdiddir.

“Çinin təyyarəni öz hava məkanından çıxarmaq üçün atdığı addımlar haqlı, qanuni, peşəkar və təmkinli addımlardır”, - XİN rəsmisi vurğulayıb.

Diplomat, həmçinin qeyd edib ki, Çin Avstraliyaya bu məsələ ilə bağlı ciddi xəbərdarlıq edib, qarşı tərəfdən ölkənin suverenliyinə qəsd etməyi, Cənubi Çin dənizində sülh və sabitliyə xələl gətirən təxribat və hərəkətləri dayandırmağı tələb edib.


SON XƏBƏRLƏR