Moldova hakimiyyəti Rusiya Elm və Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanması barədə qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 13-də Kişinyovda Rusiyanın hücum pilotsuz təyyarələrinin ölkənin hava məkanının pozulması ilə əlaqədar 1998-ci ildə bağlanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişi birtərəfli qaydada denonsasiya edilib.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, xitam proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi Moldovadakı fəaliyyətini dayandırmalıdır.
Həmçinin, Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Onlar “bu yolverilməz pozuntulara kəskin etirazlarını bildiriblər” və belə hadisələrin təhlükəsizlik, Moldova və onun vətəndaşları üçün ciddi təhlükə yaratdığını vurğulayıblar. "Rusiya diplomatına məlumat verilib ki, bu cür hərəkətlər milli suverenliyin pozulması və Rusiya Federasiyasının növbəti qeyri-dost jestidir", - departamentin saytında qeyd olunur.
Sübut kimi Rusiya səfirinə Moldova ərazisinə düşən pilotsuz təyyarələrin fraqmentləri göstərilib. Kişinyovda onlar “bir daha Rusiya hakimiyyətini bu müdaxilələri dərhal dayandırmağa və Moldova Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət etməyə çağırıblar”.
Rusiya pilotsuz təyyarələri Ukraynanın Moldova ilə həmsərhəd olan Odessa vilayətinə hücum edib. Onlardan ikisi Moldova ərazisinə uçaraq orada partlayıb.
Qeyd edək ki, "Rus Evi" "Rossotrudniçestvo"nun maraqlarını təmsil edir. Bakıda fəaliyyət göstərən "Rus Evi" də fəaliyyətini dayandırır.