Hind okeanında Fransanın dənizaşırı ərazisi olan Mayottanı vuran “Şido” qasırğası nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Arxipelaq sakinlərinə yardım əməliyyatında təxminən 1,6 min polis və jandarm iştirak edir. Regiona tibbi avadanlıqlarla təchiz edilmiş hərbi təyyarə göndərilib.
Qasırğa Mayottanı şənbə günü vurub. Küləyin sürəti saatda 200 kilometri ötüb. Hazırda qasırğa səngiyib, lakin Mayottanın bütün sakinlərindən (təxminən 320 min nəfər) xüsusi diqqətli olmaq xahiş edilir.