• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Türkiyənin müdafiə naziri: "Terrorun belini qırdıq"

DÜNYA

17 Sentyabr 2024 | 10:39

Türkiyənin müdafiə naziri: Terrorun belini qırdıq

"Ölkəmizə, millətimizə, qonşularımıza təhlükə yaradan terror təşkilatının kökünü kəsəcəyik".

Bakıvaxtı.az "Son dakika"ya istinadən xəbər verir ki, bunu ölkəsinin terrorla mübarizəsinin nəticələrini şərh edən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O, açıqlamasında ​​terrorla mübarizədə uğur qazanıldığını və terrorçuların cəzalandırılacağını bildirib.

"17-ci Komando Briqadasına bağlı Komando Batalyonlarımız böyük fədakarlıq və qəhrəmanlıqla meydanda xidmət edir. "Fərat Qalxanı" əməliyyatının həyata keçirdiyi uğurlu əməliyyatlarla terror təşkilatının belini qırdıq. Terror təşkilatın zərrə qədər də olsa, hərəkət etməsinə imkan verməyəcəyik. Sonuna kimi mübarizə aparan terrorçuların başı tərəddüd etmədən əziləcək", - deyə nazir qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024