• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub

DÜNYA

18 Sentyabr 2024 | 16:38

Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində dislokasiya olunan Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, səfiri dəstənin rəisi A.Şerbakov qarşılayıb. O, gələn ilə fəaliyyət göstərməsinin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə bağlı səfiri tanış edib.

Xatırladaq ki, FTX qoşunu Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərini mühafizə edir. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı məsələyə baxacaqlarını deyib.


SON XƏBƏRLƏR

20 Dekabr 2024